دانلود آهنگ جدید الوین ناصیر و آقازامان سالام زاده بنام سوس
Gəl!Məni məndən apar
Yaşamaq istəmirəm axı sənsiz dünyanı mən Sus!Demə son sözünü!Nidası olan hər cümlədə öldürəcəm özümü
Bir sabah oyanardım,görəydim var on yaşım O qədər oynamışam,toz torpağ üstü başım Saçlarım saralardı gün altında oynamağdan İndi rəngim saralıb gizli gizli ağlamaqdan
Dizlərim qanayardı,qəlbim qanamazdı Yanardı istidən dərim ürək yanmazdı Paltarım kirlənirdi amma ruhum yox Bilsəm bu dünyaya mən heç vaxt inanmazdım
Üzümnən öpərdilər yaxınlarım,əzizlərim İndi üz çeviriblər bir zaman öpdükləri yerdən Qaçmışam dayanmadan könüllərdən uzağlara Könlümə yaxınların məni ən son gördüyü yerdən
Qaçıram hər kəsdən amma dərdlərimdən Qaçmaq istəsəm də hara getsəm tapar məni Başıma sığal çəkərdi o zaman nənəm babam İndi dərdin əlləri atəşlərə atar məni Kədərin bazarında neçiyə olsa satar məni
Almış ruhumu məndən illər aylar Yağmış yaz ömrümə niyə birdən qarlar Axmış sellər kimi gözlərdən çaylar Fəryadım var bir ömür çəkəcəm ah vay
Ey Fələk yalvarıram,daha yandırma məni Bu rəzil cismimi aləmdə utandırma mənim Canımda qalmadı can,canı canan aparandan Onsuzda usanmışam sən də usandırma məni
Nə qədər dərin dənizlərin diblərində saatlarca üzüb Qollarımda güc qutarıb boğulmuşam Məni öldürməyə cəhd eyləməyin mən onsuzda Sonu ölümlü bu dünyaya ölü olaraq doğulmuşam
İnan ki yorulmuşam,vallah çox yorulmuşam Bağlanıb,kilindlənib günəş görən pencərələr Bəlkə də xəzinədir dodağlarım ki Bu saxta gülüşlərin altında gizlədibdi nələr nələr
Mənə ver içim zəhər,saqi etmə tərəddüd Ey Sevgi şairləri mənə bir misra yazın Musiqi bəstəliyin ifasında qəmli sazın Görsəz ki ağlayıram mənə bir məzar qazın
Gəl!Məni məndən apar. Yaşamaq istəmirəm axı sənsiz dünyanı mən Sus!Demə son sözünü!Nidası olan hər cümlədə öldürəcəm özümü
Almış ruhumu məndən illər aylar Yağmış yaz ömrümə niyə birdən qarlar Axmış sellər kimi gözlərdən çaylar Fəryadım var bir ömür çəkəcəm ah vay