دانلود آهنگ جدید الوین ناصیر بنام سوس
الوین ناصیر و آقازامان سالام زاده سوس
دانلود آهنگ جدید الوین ناصیر و آقازامان سالام زاده بنام سوس
Elvin Nasir ft Ağazaman Salamzadə – Sus
Gəl!Məni məndən apar
Yaşamaq istəmirəm axı sənsiz dünyanı mən
Sus!Demə son sözünü!Nidası olan hər cümlədə öldürəcəm özümü
Bir sabah oyanardım,görəydim var on yaşım
O qədər oynamışam,toz torpağ üstü başım
Saçlarım saralardı gün altında oynamağdan
İndi rəngim saralıb gizli gizli ağlamaqdan
Dizlərim qanayardı,qəlbim qanamazdı
Yanardı istidən dərim ürək yanmazdı
Paltarım kirlənirdi amma ruhum yox
Bilsəm bu dünyaya mən heç vaxt inanmazdım
Üzümnən öpərdilər yaxınlarım,əzizlərim
İndi üz çeviriblər bir zaman öpdükləri yerdən
Qaçmışam dayanmadan könüllərdən uzağlara
Könlümə yaxınların məni ən son gördüyü yerdən
Qaçıram hər kəsdən amma dərdlərimdən
Qaçmaq istəsəm də hara getsəm tapar məni
Başıma sığal çəkərdi o zaman nənəm babam
İndi dərdin əlləri atəşlərə atar məni
Kədərin bazarında neçiyə olsa satar məni
Almış ruhumu məndən illər aylar
Yağmış yaz ömrümə niyə birdən qarlar
Axmış sellər kimi gözlərdən çaylar
Fəryadım var bir ömür çəkəcəm ah vay
Ey Fələk yalvarıram,daha yandırma məni
Bu rəzil cismimi aləmdə utandırma mənim
Canımda qalmadı can,canı canan aparandan
Onsuzda usanmışam sən də usandırma məni
Nə qədər dərin dənizlərin diblərində saatlarca üzüb
Qollarımda güc qutarıb boğulmuşam
Məni öldürməyə cəhd eyləməyin mən onsuzda
Sonu ölümlü bu dünyaya ölü olaraq doğulmuşam
İnan ki yorulmuşam,vallah çox yorulmuşam
Bağlanıb,kilindlənib günəş görən pencərələr
Bəlkə də xəzinədir dodağlarım ki
Bu saxta gülüşlərin altında gizlədibdi nələr nələr
Mənə ver içim zəhər,saqi etmə tərəddüd
Ey Sevgi şairləri mənə bir misra yazın
Musiqi bəstəliyin ifasında qəmli sazın
Görsəz ki ağlayıram mənə bir məzar qazın
Gəl!Məni məndən apar.
Yaşamaq istəmirəm axı sənsiz dünyanı mən
Sus!Demə son sözünü!Nidası olan hər cümlədə öldürəcəm özümü
Almış ruhumu məndən illər aylar
Yağmış yaz ömrümə niyə birdən qarlar
Axmış sellər kimi gözlərdən çaylar
Fəryadım var bir ömür çəkəcəm ah vay
پخش آنلاین موزیک سوس دانلود آهنگ با کیفیت عالی 320
دیدگاه خود را بگذارید